Dünya

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

29 May 2023 23:31
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 "Tu-95MC" təyyarə ilə 40 "X-101/X-555" qanadlı raket atıb.

Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 "Shahed-136/131" PUA ilə hücum edib.

Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və 35 PUA-dan 29-unu zərərsizləşdiriblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.