Dünya

Zelenski Makronla saat yarım telefonda danışdı

15 Aprel 2023 22:34
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski öz Teleqram kanalıında məlumat yayıb.

"Fransa Prezidenti Emmanuel Makronla demək olar ki, bir saat yarım söhbətim oldu. Rus hərbi cinayətkarları tərəfindən ukraynalı əsgərin dəhşətli, qeyri-insani edamının pislənməsinə görə minnətdarlığımı bildirdim", - Zelenski bildirib.

Söhbət zamanı prezidentlər Makronun Çinə son səfərinin nəticələrini müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.