Dünya

Üçüncü sinif şagirdi məktəbə qumbara gətirdi

1 Aprel 2023 18:58
Baxış: 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Omsk vilayətində 3-cü sinif şagirdi gimnaziyaya qumbara gətirib və onu sinif yoldaşlarına göstərib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 2023-cü ilin fevralında doqquz yaşlı gimnaziya şagirdi dərsləri pozduğuna, şagirdlərin diqqətini dərsdən yayındırdığına və digər uşaqları incitdiyinə görə paralel sinfə köçürülüb. Lakin yeni sinifdə oğlanla sinif yoldaşları arasında münaqişələr davam edib.

O, martın 6-da kürək çantasında gimnaziyaya qumbara gətirib. Əvvəlcə partlayıcını heç kimə göstərməsə də, dərslərin birində çıxarıb sinif yoldaşına göstərib. O, sursatın şəklini çəkib anasına göndərib. Ana da digər valideynlərə hadisə barədə məlumat verib.

Gimnaziyaya istehkamçılar və hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Qumbaranı məktəbdən çıxarıblar.

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.