Dünya

Şimali Koreya ballistik raket buraxıb

27 Mart 2023 07:55
Baxış: 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Eyni zamanda, Yaponiyanın Sahil Mühafizəsi saat 07:54-də (Bakı vaxtı ilə 02:54), ballistik raketin artıq dənizə düşdüyünü bildirib.

Bir neçə dəqiqədən sonra, təxminən saat 08:00-da (3:00), sahil mühafizəsi Şimali Koreyanın ikinci raketi buraxdığı barədə məlumat verib. Saat 08:05-də (03:05) ikinci raketin də dənizə düşdüyü bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.