Dünya

İsraildə müdafiə nazirinin istefasından sonra etiraz aksiyaları başlayıb - VİDEO - FOTO

27 Mart 2023 07:00
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsraildə bazar günü axşam baş nazir Benyamin Netanyahunun məhkəmə islahatlarını dayandırmağa çağıran müdafiə naziri Yoav Qalantı istefaya göndərmək qərarından sonra etiraz aksiyaları başlayıb.

Trend xəbər verir ki, bu barədə "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Məlumata əsasən, yüzlərlə etirazçı Təl-Əvivin şərqində Müdafiə Nazirliyinin binasının yerləşdiyi hökumət binaları kompleksinin qarşısına gəlib və nəqliyyatın hərəkətini bağlayıb. Yollarda tıxac yaranıb. Digər bir qrup etirazçı həmin ərazidə yerləşən Ayalon şossesinə çıxıb nəqliyyatın hərəkətini dayandırıblar.

Xatırladaq ki, ötən gün İsrailin baş naziri Binyamin Netanyahu ölkənin müdafiə naziri Yoava Qalantı istefaya göndərib.

Qeyd edək ki, Y.Qalant martın 25-i axşam xüsusi bəyanatla çıxış edərək ölkədə çoxsaylı etirazlara səbəb olan məhkəmə islahatlarının dayandırılmasını istəyib. O, xəbərdarlıq edib ki, cəmiyyətdə yaranan parçalanma artıq İsrail ordusunun sıralarına nüfuz edir və bu, milli təhlükəsizliyə təhdid yaradır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.