Dünya

Boltondan şok: Nüvə başlıqlarını artırın, müharibə olacaq

7 Mart 2023 08:59
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Rusiya və Çinlə mümkün qarşıdurma halında nüvə başlıqlarının və sistemlərinin sayı məsələsinə yenidən baxmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ prezidentininn keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib.

"İndi iki əsas nüvə rəqibi qarşısında ABŞ təcili olaraq döyüş başlıqları və döyüş sursatlarının çatdırılması sistemlərinə dair tələbləri yenidən nəzərdən keçirməlidir. Vaşinqton iki düşmənlə qarşılaşmadan əvvəl nüvə ehtiyatının nə qədər böyük olması ilə bağlı fundamental məsələləri həll etməlidir", - Bolton bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiya ilə nüvə qarşıdurmasına getmə riski var və Vaşinqton bu münaqişədən qalib çıxarsa, bu dəfə Pekinlə dərhal nüvə qarşıdurması ilə üzləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.