Dünya

ABŞ Türkiyə və Suriyaya əlavə yardım ayıracaq

19 Fevral 2023 21:15
Baxış: 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün əlavə 100 milyon dollar ayırmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlərlə bağlı əlavə 100 milyon dollar yardım ayırılacağını açıqlayıb", - deyə dövlət katibi qeyd edib.

E.Blinken əlavə edib ki, bunu nəzərə alaraq, ABŞ-ın zəlzələ ilə bağlı dəstək göstərmək üçün humanitar yardımı 185 milyon dollar təşkil edəcək.

O bildirib ki, vəsait xüsusilə Türkiyə və Suriyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yardıma yönəldiləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.