Dünya

Hatay Hava Limanı fəaliyyətini bərpa edib

12 Fevral 2023 22:02
Baxış: 593
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi Hatay Hava Limanının zəlzələ nəticəsində zədələnmiş uçuş-enmə zolağının bərpasından sonra fəaliyyətini bərpa etdiyini açıqlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, nazirlik uçuş-enmə zolağının bərpasından əvvəl və sonrakı görüntüləri də paylaşıb.

"Eniş-enmə zolağındakı zədələr aradan qaldırılıb. Hava limanı yenidən fəaliyyətini bərpa edib", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.