Dünya

ABŞ Türkiyə və Suriyaya 85 milyon dollar ayıracaq

10 Fevral 2023 08:31
Baxış: 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ administrasiyası Türkiyə və Suriyadakı zəlzələlərdən sonra humanitar yardım üçün 85 milyon dollar ayırmaq niyyətindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi bildirib.

Məlumata əsasən, ABŞ Türkiyə və Suriyada baş verən zəlzələlər ilə bağlı artan humanitar ehtiyacları qarşılamaq üçün 85 milyon dollar ayıracaq. Qeyd olunub ki, vəsait humanitar təşkilatlar vasitəsilə "təcili olaraq ehtiyac duyulan yardımı milyonlarla insana çatdırmaq" üçün yönəldiləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.