Dünya

Çində bir magistralda qəzalarda 16 nəfər ölüb, 66 nəfər yaralanıb

5 Fevral 2023 22:10
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində ötən gün 49 avtomobilin iştirakı ilə baş verən qəzalarda 16 nəfər ölüb, 66 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəzalar Hunan əyalətində magistralda baş verib.

Beş böyük qəzadan birində 7 nəfər, digər üç qəzanın hər birində isə 3 nəfər ölüb. Sonrakı qəzalarda ölən olmayıb. Qəzalar zamanı bir neçə avtomobil yanıb.

Bir magistralda bir gündə çoxsaylı insan tələfatına səbəb olan qəzaların səbəbi araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.