Dünya

Conson: Putin Ukrayna üçün inanılmaz olanı etdi

19 Yanvar 2023 14:35
Baxış: 1 096
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vladimir Putin Ukraynaya genişmiqyaslı hücum başlatmaqla təkcə NATO-nu gücləndirmədi, həm də Ukraynanı alyans üzvlüyünə yaxınlaşdırdı.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib.

O bildirib ki, indi Kreml rəhbəri Qərbi nüvə ritorikasına çəkmək istəyir və vacib olanı bu tələyə düşməməkdir:

"Böyük müharibə öncəsi Ukraynanın NATO üzvlüyünə ümumiyyətlə baxılmırdı. NATO-da bunu dəstəkləyən kifayət qədər insan yox idi, çoxları buna qarşı idi. Bir insan tapıldı ki, Ukraynanın NATO-ya yaxınlaşması ilə bağlı inanılmazı etdi. O, Vladimir Putin idi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.