Dünya

Antalyada qasırğa - Küləyin sürəti saatda 70 km-ə çatdı - VİDEO

12 Yanvar 2023 10:48
Baxış: 1 252
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya vilayətində qasırğa zamanı küləyin sürəti saatda 70 kilometrə çatıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, məşhur Konyaaltı çimərliyində dalğanın hündürlüyü 6 metr təşkil edib.

Bununla yanaşı, Antalyanın digər bölgələrində ağaclar aşıb, onlarla maşına zərər dəyib.

Məlumata görə, Türkiyənin demək olar ki, bütün Aralıq dənizi sahillərində qeyri-sabit hava şəraiti müşahidə edilir. Bir çox yaşayış məntəqələrində leysan yağışları daşqınlara səbəb olub. Daşqın zamanı küçələri su basıb. Ən güclü külək isə Antalyaya qonşu Isparta vilayətində qeydə alınıb. Belə ki, burada küləyin sürəti saatda 102 kilometrə çatıb.

Bu gün ölkənin 11 regionunda, xüsusilə də Aralıq və Egey dənizi bölgələrində qasırğa gözlənilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.