Dünya

Qadın avtomobilini oğurlayanları güllələdi

29 Dekabr 2022 20:58
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Missuri ştatından olan ABŞ sakini avtomobilini oğurlamaqda şübhəli bilinən bir qrup şəxsin izinə düşüb və onları Sent-Luis şəhərindəki yanacaqdoldurma məntəqələrindən birində güllələyib.

Milli.Az bildirir ki, bu barədə "Fox News" xəbər verir.

35 yaşlı Demeşa Koulman ikiqat qətl, silahlı hücum və odlu silahla üç cinayət törətməkdə ittiham olunub. Polis qadını 19 yaşlı Darius Cekson və 49 yaşlı Cozef Farrarı öldürdükdən az sonra saxlayıb.

Dindirilərkən Koulman avtomobilini qaçıranların əlindən almaq üçün yanacaqdoldurma məntəqəsinə gəldiyini bildirib. Kamera görüntülərindən görünüb ki, qadın 3 kişinin olduğu maşının qapısını açıb və atəş açmağa başlayıb. Nəticədə onlardan ikisi ölüb, üçüncüsü isə başından yaralansa da, sağ qalıb.

Polis əməkdaşları vurulan üçlüyün Koulmanın avtomobilinin oğurlanması ilə bağlı olub-olmadığını hələ müəyyən etməyiblər. Qadın həbsdədir. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun əvvəllər qanunla bağlı probleminin olmadığını müəyyən ediblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.