Dünya

Maşını satmaq istəyən kişi kuvald ilə öldürüldü

21 Dekabr 2022 16:02
Baxış: 1 502
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Krasnodarda Novotitarovskaya kəndinin 30 yaşlı sakinini qətlə yetirən 44 yaşlı rusiyalı saxlanılıb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin (TFR) regional idarəsinin rəsmi nümayəndəsi Anna Puşkina məlumat verib.

İstintaqın məlumatına görə, daimi işi olmayan şübhəli şəxs başqasının avtomobilini oğurlayıb satmaq qərarına gəlib. O, "Lada Granta" markalı avtomobilini satışa çıxaran tanımadığı şəxsin reklamını tapıb, onunla bir neçə dəfə görüşüb və alqı-satqı barədə razılığa gəlib. Dekabrın 11-də axşam müttəhim müqavilə bağlamaq üçün kişiyə evinə gəlməsini təklif edib.

Maşının sahibi alqı-satqı müqaviləsini imzalayıb ona verib. Keçmiş sahibinin üz döndərməsini gözlədikdən sonra şübhəli onun başına kuvaldla bir neçə zərbə endirib. Maşınını satan kişi, aldığı xəsarətlərdən yerindəcə keçinib. Daha sonra hadisəni törədən şəxs meyiti maşına qoyub, Dinski rayonuna aparıb və ordakı torpaq sahəsində basdırıb.

"O, həmçinin müxtəlif yerlərə qurbanın qətl silahını və iki mobil telefonunu atıb", - Anna Puşkina əlavə edib.

Zərərçəkmişin tanışları maşının yeni sahibinin yanına gələrək dostunun harada olduğunu soruşduqda, o, cavab verib ki, ona pul ödəyib və evinə aparıb.

Daha sonra öıdürülən kişinin bacısı qardaşının itkin düşməsi ilə bağlı polisə gedib. İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin əməkdaşları tez bir zamanda ehtimal olunan qatilin şəxsiyyətini müəyyən ediblər. O, əməlini etiraf edib, meyiti və qətl silahını harada gizlətdiyini göstərib. Həmin şəxs istintaq təcridxanasına yerləşdirilib, yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.