Dünya

Qazaxıstanda prezident seçkiləri başlayıb, Tokayev səs verib

20 Noyabr 2022 09:08
Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qazaxıstanın 15 regionunda prezident seçkiləri başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin seçki məntəqələrinin əsas hissəsində səsvermə yerli vaxtla saat 07:00-dan 20:00-dək keçiriləcək. Eyni zamanda, yerli vaxtla saat 06:00-da 86 seçki məntəqəsi səsverməyə başlayacaq.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçiriləcək. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydə alınıb.

***

Qazaxıstan prezidentliyinə namizəd Kasım-Jomart Tokayev Astanada Məktəblilər Sarayında yerləşən 58 saylı seçki məntəqəsində səs verib.

Qasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində səs vermək üçün yerli vaxtla saat 08:48-də 58 saylı seçki məntəqəsinə gəlib.

Seçki məntəqəsinin sədri Kımbat Mukanovan bildirib ki, burada 2627 nəfər qeydiyyatdan keçib. Artıq 200-dən çox seçici səs verib.

Qasım-Jomart Tokayevin namizədliyi bir sıra siyasi partiyalar və respublika ictimai birlikləri tərəfindən xalq koalisiyası kimi irəli sürülüb.

Mərkəzi Seçki Komissiyası oktyabrın 12-də Kasım-Jomart Tokayevi Qazaxıstan Respublikası prezidentliyinə namizəd kimi qeydiyyata alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.