Dünya

Almaniya İran səfirini XİN-ə çağırdı

29 Oktyabr 2022 08:44
Baxış: 504
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya İranda davam edən təhlükəsizlik tədbirlərinə etiraz olaraq İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Andrea Sasse açıqlama verib.

"Mən təsdiq edə bilərəm ki, həm Tehrandakı səfirimiz, həm də İranın Berlindəki səfiri dünən müvafiq xarici işlər nazirliklərində görüşə dəvət olunublar", - o bildirib.

Qeyd edək ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ilə başlayan hökumət əleyhinə etirazlardan sonra Almaniya üçüncü dəfə İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.