Dünya

"Putinlə sonuncu söhbətimdə..."

24 Oktyabr 2022 08:22
Baxış: 1 445
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında İstanbulda bağlanmış taxıl sazişinin inkişafı çərçivəsində Rusiyadan əsasən yoxsul ölkələrə kənd təsərrüfatı məhsulları və gübrələrin tədarükünə başlanacağına ümid etdiyini bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə prezidenti ölkənin cənub-şərqindəki Diyarbakır şəhərində gənclərlə söhbət zamanı deyib.

"[Rusiya Prezidenti Vladimir] Putinlə sonuncu söhbətimdə biz Rusiyadan yoxsul ölkələrə taxıl və gübrə çatdırılması imkanlarını müzakirə etdik. Ümid edirik ki, bu problemi həll edə bilərik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyə kasıb ölkələri, o cümlədən Afrikanı təkcə taxılla deyil, gübrələrlə təmin etmək üçün addımlar atıb: "Quraqlıq problemini ciddi şəkildə yaşayan bu ölkələrə gübrə problemlərini həll etmək üçün kömək etmək lazımdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.