Dünya

Baydenin bu sözləri ABŞ-ı pis duruma saldı

8 Oktyabr 2022 16:51
Baxış: 1 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden dünyada nüvə savaşı riskinin yüksək olduğunu elan edərək, ölkənin milli təhlükəsizlik əməkdaşlarını təəccübləndirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Teleqraf"n köşə yazarı Nik Allen öz məqaləsində yazıb.

Müəllif bildirib ki, Prezidentin açıqlaması Ağ Ev administrasiyası üçün sürpriz olub. Məqalədə deyilir ki, Baydenin çıxışından sonra Ağ Ev rəsmiləri amerikalıları və müttəfiqlərini prezidentin nüvə müharibəsinin yaxınlaşdığını göstərən yeni kəşfiyyat məlumatına malik olmadığına inandırmağa çalışıblar.

Köşə yazarının sözlərinə görə, çıxışın bu fraqmenti çox güman ki, spontan olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.