İran Prezidenti: “Nüvə silahı yaratmaq niyyətində deyilik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İran İslam Respublikası nüvə silahı istehsal etmək və ya əldə etmək niyyətində deyil, doktrinamızda bu cür silahlara yeri yoxdur".
Milli.Az "report"a istinadən bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi BMT Baş Assambleyasında çıxışı zamanı deyib.
O, ölkəsinin nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşmanın bərpasına ciddi yanaşdığını vurğulayıb, lakin Tehranın Vaşinqtonun hər hansı mümkün razılaşmaya sadiqliyinə etibar edə bilmədiyini söyləyib. "İstəyimiz yalnız birdir: öhdəliklərə əməl etmək" deyən İ.Raisi məhz ABŞ-ın sazişdən çıxan tərəf olduğunu qeyd edib.
"ABŞ nüvə sazişini tapdaladı", - İran Prezidenti deyib. O, Qərbin tətbiq etdiyi sanksiyaları İran xalqına qarşı cəza adlandırıb.
Xatırladaq ki, 2015-ci ildə İran G6 ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa) ilə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalayıb. Plan nüvə proqramını məhdudlaşdırmaq müqabilində Tehrana qarşı iqtisadi sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tuturdu. 2018-ci ildə isə ABŞ sazişdən çıxdığını elan edib.
Avqustda Avropa İttifaqı BHFP-nin bərpasına dair sənədin kompromis variantını təqdim edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
Əli Əsədov qərar imzaladı
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
Putin bu gün rusiyalılara müraciət edəcək





