Fransa mətbuatı Pelosinin İrəvana səfərini tənqid etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın "La Gazette" (https://www.lagazetteaz.fr/) xəbər portalında Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan gərginliklər fonunda ABŞ konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ötən həftə İrəvana səfəri, ermənilərə verdiyi qeyri-səmimi vədlər və Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar, eləcə də bu səfərin bölgədə sülhün və sabitliyin bərqərar olması üçün atılan addımlara və ABŞ-nin siyasi-iqtisadi maraqlarına xidmət etmədiyi barədə məqalə dərc olunub.
Məqalədə bildirilib ki, ABŞ rəsmisinin İrəvan səfərinin və bu səfər çərçivəsində Azərbaycan əleyhinə verdiyi ədalətsiz bəyanatların səbəblərindən biri Pelosinin dünyada erməni maraqlarının əsas müdafiəçilərindən olmasıdır. Həmçinin, Nensi Pelosini ermənilərə yaxınlaşdıran əsas faktorlardan biri kimi bu yaxınlarda ABŞ-də qarşıdan gələn aralıq seçkiləri də qeyd olunur.
ABŞ rəsmisinin İrəvana səfərinin Azərbaycan və Ermənistan üçün gələcək siyasi və iqtisadi nəticələrinə də toxunulan məqalədə vurğulanıb ki, Ermənistan dövlətinin siyasi və iqtisadi quruluşuna, ölkəni idarə edənlərin diplomatik hədəflərinə nəzər salsaq görərik ki, İrəvanın əsas məqsədi düşdüyü çətin iqtisadi və siyasi fəlakətdən minimum itki ilə çıxmaqdır.
"İrəvan çıxış yolu, ümid yeri kimi okeanın o tərəfində yerləşən ABŞ-ni görür. ABŞ-nin strateji hədəflərini nəzərə alsaq, Ermənistan onun üçün heç bir əhəmiyyət kəsb etmir və Vaşinqtonun İrəvana verdiyi vədlərin hər hansı birinə əməl edəcəyi real görünmür. İtirən reallıqları dərk etməyən erməni cəmiyyəti və siyasi hakimiyyət olacaq", - deyə məqalədə əlavə edilib.
Həmçinin qeyd olunub ki, Azərbaycan Cənubi Qafqazın açar dövləti və Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır.
"Amma görünən odur ki, Pelosi ABŞ-nin qlobal maraqlarına qarşı çıxmaqdan, ermənilərin dəstəyini qazanmaq üçün bölgədə gələcək sülhə və sabitliyə təhdid yaradacaq bəyanatlar səsləndirməkdən çəkinmir. Pelosi də anlayır ki, ABŞ-ın Azərbaycana iqtisadi cəhətdən təsir gücü çox azdır, hətta Vaşinqtonun Bakıdan böyük iqtisadi gözləntiləri də var", - deyə yekun olaraq məqalədə bildirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Konqoda Ebola təhlükəsi: Yoluxanların sayı 7 000-i ötüb
-
"İran yaralanıb, amma ləyaqətini qoruyub saxlayır"
-
Bu ayda doğulanlar 105 ildən çox yaşayırlar
-
Ərini öldürüb basdırdığı yerə gül əkən qadına 12 il HƏBS CƏZASI
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev





