ABŞ institutu: “DXR” və “LXR”in ilhaqı Rusiyanı ziddiyyətli vəziyyətə salacaq”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Ukraynanın əks-hücumu marionet qüvvələrdə panikaya səbəb olub".
Milli.Az "Report"a istinadən xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri Ukraynanın Donbas bölgəsindəki qondarma Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikasının (LXR) Rusiyaya birləşmə ilə bağlı referendum keçirmə çağırışlarını təhlil edərkən gəliblər.
Bir gün öncə qondarma respublikaların "ictimai palataları" öz rəhbərliyini dərhal "DXR" və "LXR"nin Rusiyanın subyektləri kimi tanınması ilə bağlı referendum keçirməyə çağırıblar.
Rusiyalı təbliğatçı və RT-nin baş redaktoru Marqarita Simonyan bu təklifə şövqlə hay verib və bunu "Krım ssenarisi" adlandırıb. Kremlin təbliğatçısı tviter hesabında yazıb ki, ələ keçirilmiş torpaqları Rusiya ərazisi kimi tanımaqla Moskvanın NATO-nu Ukraynanın əks-hücumlarına cavab zərbələri ilə hədələməsi daha asan olacaq və "hər baxımdan" Rusiyaya sərbəstlik verəcək.
Lakin Müharibə Araşdırmaları İnstitutu bu yanaşmanı ziddiyyətli adlandırır. Ekspertlər qeyd ediblər ki, Rusiya qüvvələri Donetsk və Luqansk vilayətlərinə tam nəzarət etmir. Beləliklə, bu, Kremlin qanuni Ukrayna hakimiyyətinin qismən "işğal etdiyi" ərazilərin ilhaqına gətirib çıxaracaq. Bundan əlavə, Ukraynanın ilhaq edilmiş Krım yarımadasına zərbələr endirməsi də Rusiyanın M.Simonyanın inandırmağa çalışdığı avtomatik qisas əməliyyatlarına gətirib çıxarmır.
Bu mərhələdə qismən ilhaq həm də Kremli qəribə və hətta alçaldıcı vəziyyətə salacaq ki, Ukrayna qoşunlarından "Rusiya" ərazisini işğal etməməyi tələb etsin (Rusiyanın bu tələbi yerinə yetirməyə məcbur edə bilməyəcəyi bir vəziyyətdə).
Mütəxəssislərin fikrincə, Rusiya Prezidenti Vladimir Putinin şübhəli mənfəət naminə özünü belə ümidsiz vəziyyətə salmağa hazır olub-olmaması hələ də qeyri-müəyyən olaraq qalır. Onların qənaətinə görə, V.Putin üçün NATO və Ukraynanı münaqişənin daha da alovlanması ilə sadəcə təhdid etmək daha asandır ki, indiki mərhələdə o, çətin ki buna gedəcək.
Araşdırma müəllifləri hesab edirlər ki, Kreml qismən ilhaqın həm Rusiya daxilində, həm də yeni ilhaq edilmiş Ukrayna ərazisindən əlavə qüvvələrin cəlb edilməsinə səbəb ola biləcəyinə inanır. Rusiya qüvvələri ciddi şəkildə zəifləmiş və ruhdan düşmüş hissələrini doldurmaq üçün bütün mümkün mənbələrdən əlavə qüvvələr səfərbər etməyə çalışsa da, onlarda əhəmiyyətli döyüş qüvvəsi formalaşdırmaq alınmayıb.
Bu ilhaq müzakirələrində Kremlin saxta referendumlar keçirməyi planlaşdırdığı Rusiyanın işğal etdiyi Ukraynanın digər əraziləri qeyd olunmur.
Mütəxəssislərin fikrincə, V.Putinin bütün işğal edilmiş ərazilərin ilhaqı vədindən vaz keçməyə hazır olması onun üçün güzəştə getməyən hərbiyönlü qrupların gözündə ciddi geri çəkilmə ola bilərdi.
Eyni zamanda ekspertlər xatırladırlar ki, "DXR" və "LXR" daha əvvəl də Kremlin planlarını "qabaqlayıblar". Ola bilsin qondarma respublikalar bu dəfə də Ukraynanın uğurlu və davamlı əks-hücumları fonunda öz ərazilərini əldə saxlaması üçün eynisini ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Təyyarə avtomobildən 626 dəfə təhlükəsizdir: müxtəlif nəqliyyat növləri risklərinin müqayisəsi
-
Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir
-
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
-
Maşını gecə park edərkən bu səhvi etməyin
-
Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir
-
Gecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
-
Balıq bişirəndə edilən əsas səhvlər
-
Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
Tanınmış iş adamı vəfat etdi
-
Şahzadə Diananın əfsanəvi "qisas donu" hərraca çıxarılır - (Foto)
-
Cem Yılmaz tədbirə əsa ilə gəldi - (Foto)
-
Sandra Ballak 4 il sonra ekranlara qayıdır - (Foto)
-
Dünyanın ən bahalı evləri - (Fotolar)
-
Əziz Yıldırım da saxlaya bilmədi - İsmail Kartal “Fənərbaxça”dan getdi
-
Dünyanın ən dar avtomobili hazırlandı - (Foto)
-
Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
-
Milli Dram Teatrında 154-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - (Foto)
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb - (Video/Foto/Yenilənib)
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
Bərə qəzasına görə 3 azərbaycanlının həbs müddəti uzadıldı
-
Samuel Eto'O böyük maliyyə qalmaqalında: Yarım milyon avro hara yoxa çıxıb?
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “Belaya Veja” festivalında “Kontrabas”la çıxış edəcək - (Foto)





