Tanınmış jurnalist Dmitri Kiselyovun villasının yanında yanğın törədilib.
Milli.Az axar.az-a istinadən bildirir ki, yanğın nəticəsində Kiselyovun "Lənd Rover" və qolfkarı (qolf maşını) yanıb.
Bildirilib ki, maşınlar jurnalistin şərab zavodunun balansında olub.
Koktebelin Ayvazovski küçəsində baş verən yanğın hadisəsi müşahidə kameralarına düşüb. Videodan aydın olur ki, yanğın qəsdən törədilib: hücum edən üzünü bağlayıb, başına kapüşon keçirib, əl izi düşməməsi üçün əlcək geyinib.
Təhqiqatçıların fikrincə, hədəf olaraq məhz Kiselyovun villası seçilib.
Qolfkar və "Lənd Rover" tam yanıb, kül olub.
Qeyd edək ki, Kiselyovun şərab zavodu da Koktebeldə, villasının yaxınlığında yerləşir.
Kiselyov Ukraynada Rusiyanın hərbi əməliyyatının əsas təbliğatçılarından biridir.
Milli.Az