Serbiya Silahlı Qüvvələri Türkiyədən "Bayraktar" pilotsuz uçuş aparatları almaq niyyətindədir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Serbiya prezidenti Aleksandar Vuçiç ölkədə səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
O bildirib ki, Serbiya bunun üçün milyonlarla avro vəsait ayıra bilər.
"Müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələsini müzakirə etdik. Serbiya bir neçə yüz milyon avro məbləğində "Bayraktar" PUA-ları almağı planlaşdırır. Bununla bağlı gələn il müəyyən addımlar atmaq niyyətindəyik", - deyə o bildirib.
Milli.Az