Dünya

Avropada meymunçiçəyinə qarşı yeni peyvənd metoduna icazə verilib

19 Avqust 2022 23:16
0 Şərh     Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Dərman Agentliyi meymunçiçəyinə qarşı yeni peyvənd metodunun tətbiqinə icazə verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu metodun məqsədi qısa vaxtda daha çox insanın peyvənd edilməsi, həmçinin dərman preparatlarına qənaət etməkdir.

Yeni qaydaya görə, indi əvvəlki dozanın beşdə biri həcmində preparat orqanizmə daxil ediləcək. Digər tərəfdən, yeni metodla vaksin dəri altın yeridiləcək. Əvvəlki metodda vaksin əzələ daxilinə, daha dərinə yeridilirdi.

Baş qərargahı Amsterdamda yerləşən qurum bildirir ki, dozanın azaldılması immunitetin yaranmasına mane olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.