Dünya

Rusiya müharibədə Ukraynanın itkilərini açıqladı

12 Avqust 2022 21:41
0 Şərh     Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4293 tank və zirehli texnika məhv edilib".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.

Ukrayna Silahlı Qüvvələrinin 14-cü Mexanikləşdirilmiş Briqadasının itkilərinin 2000-dən çox olduğunu deyən Konaşenkov 28-ci Mexanikləşdirilmiş Briqadanın müvəqqəti mövqelərinə yüksək dəqiqlikli silahlarla hücum zamanı 100-ə yaxın əsgər və 9 hərbi texnikanın məhv edildiyini vurğulayıb.

O, Donetsk vilayətində 58-ci motoatıcı briqadanın 40 əsgərinin və 5 avtomobilin məhv edildiyini, Rusiya qüvvələrinin Ukraynadakı hərbi ünsürlərə qarşı hücumlarını davam etdirdiyini bildirib.

Son 24 saat ərzində Ukrayna ordusuna aid 5 idarəetmə mərkəzi, 6 silah-sursat anbarı və anbarın məhv edildiyini qeyd edən Konaşenkov Donetsk bölgəsində ABŞ-ın Ukraynaya göndərdiyi "AN/MPQ-64" RLS-in də vurulduğunu deyib.

Mətbuat katibi Konaşenkov Ukraynada bu günə kimi 267 təyyarə, 146 helikopter, 1732 pilotsuz uçuş aparatı, 365 hava hücumundan müdafiə raket sistemi, 4293 tank və zirehli texnika, 797 çoxbarelli reaktiv yaylım atəşi sistemi, və 3290 haubitsa məhv edildiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.