Dünya

Rusiya, İran və Türkiyə razılığa gəliblər

20 İyul 2022 06:50
1 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan Suriya məsələsindən kənar üçtərəfli əməkdaşlıq formatını genişləndirmək qərarına gəliblər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçılarının Tehranda Astana formatı çərçivəsində keçirilən üçtərəfli danışıqların yekunlarına dair birgə bəyanatında bildirilib.

"Suriya məsələsinə əlavə olaraq, onlar [liderlər] birgə siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək niyyətlərini təsdiqləyiblər", - deyə sənəddə qeyd olunub.

Rusiya, İran və Türkiyə prezidentləri Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edib və beynəlxalq ictimaiyyəti Suriya xalqına yardımı artırmağa çağırıblar.

İran Xarici İşlər Nazirliyinin yaydığı Astana "üçlüyü" başçılarının birgə bəyanatına əsasən, tərəflər "Suriyadakı humanitar vəziyyətdən ciddi narahat olduqlarını bildiriblər və beynəlxalq hüquqa zidd olan bütün birtərəfli sanksiyaları rədd ediblər". Bununla əlaqədar, ölkələr BMT və digər beynəlxalq təşkilatları "ayrı-seçkilik, siyasiləşdirmə və ilkin şərtlər olmadan bütün suriyalılara yardımlarını artırmağa" çağırıblar.

Liderlər birtərəfli sanksiyalarla yanaşı, Suriyaya qarşı "separatçı planların təşviqi yolu ilə bu ölkənin parçalanmasına gətirib çıxara biləcək" hər hansı ayrı-seçkilik tədbirlərini rədd ediblər.

V.Putin, E.Rəisi və R.T.Ərdoğan əmindirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur:

"[Tərəflər] Suriya münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığı qənaətində olduqlarını bir daha təsdiq etdilər". "Üçlük" hesab edir ki, münaqişə yalnız BMT-nin rəhbərlik etdiyi və yardımçı olduğu siyasi proses vasitəsilə həll edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.