Dünya

"Bayden OPEC+-un son açıqlamasını alqışlayır"

17 İyul 2022 15:07
0 Şərh     Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Cozef Bayden 13-16 iyul tarixlərində regiona səfəri zamanı sabit enerji təchizatının təmin edilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Yaxın Şərq liderləri ilə görüşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Amerika liderinin səfərinin yekunlarına dair yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edildiyi kimi, Bayden Yaxın Şərq ölkələrinin liderləri ilə dünyada enerji sahəsində qeyri-sabitliklə bağlı mövcud problemlərin həllinin vacibliyindən danışıb.

Bundan əlavə, tərəflər 2022 və 2023-cü illərdə istehsalçı ölkələrdən sabit təchizatı təmin etməklə, o cümlədən emal gücünə investisiyaları artırmaqla artan enerji xərclərinə cavab verməyi müzakirə ediblər.

"Prezident Bayden OPEC+-un iyul və avqust aylarında tədarük artımı ilə bağlı son açıqlamasını alqışlayıb. ABŞ lideri, ölkədə rekord hasilatın fonunda bazar şərtlərindən və təhlillərdən asılı olaraq, qarşıdakı aylarda əlavə tədarük artımını gözləyir", - deyə məlumatda bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.