Dünya

Polşa Ukraynanı belə ələ keçirir - Narışkin

13 İyul 2022 12:15
0 Şərh     Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşa Qərbi Ukraynanı ələ keçirmək planlarını ört-basdır etmək üçün Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa hazırdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.

Narışkin qeyd edib ki, Polşa Qərbin Ukraynaya ekspansiyasını ört-basdır etməyə çalışır və bu məqsədlə "maskalanmaq" üçün kütləvi təbliğat aparır.

Onun sözlərinə görə, Polşa Ukraynanın bütün avropalı qonşularının Kiyevin işlərində "kollektiv iştirakı" imitasiyasının yaradılmasına çalışır:

"Bunun üçün Varşava Macarıstan və Rumıniya ilə Ukrayna məsələsində daha fəal əməkdaşlığa getməyə hazırdır. Beləliklə də Polşa öz planlarını həyata keçirmək üçün onların arxasında gizlənir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.