Dünya

"Ukraynanın bərpası üçün..."

22 İyun 2022 22:20
Baxış: 611
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın bərpası milyardlarla dollar vəsait tələb edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

"Ukraynanın bərpasına uzun vaxt sərf olunacaq. İndi bərpa üçün Marşal Planı lazımdır", - deyə kansler əlavə edib.

O, Ukraynanın dirçəlişi üçün beynəlxalq ekspert konfransının təşkil olunmasının vacibliyini bildirib.

Həmin ekspertlər hansı sahələrdən başlamalı olduğunu deyəcək.

Qeyd edək ki, Marşal Planı 1947-ci ildə ABŞ Dövlət Katibi Corc Marşall tərəfindən irəli sürülən İkinci Dünya Müharibəsindən sonra Avropaya yardım proqramıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.