Dünya

Türkiyədə İsrail vətəndaşlarına hücum hazırlayan iranlılar saxlanıldı

14 İyun 2022 15:00
0 Şərh     Baxış: 842
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları İstanbulda israilli turistlərə qarşı hücum hazırlayan İran xüsusi xidmət orqanlarının nümayəndələrini saxlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Yedioth Ahronoth" nəşri yayıb.

"Türkiyədə İslam İnqilabı Keşikçiləri Korpusunun bir neçə nümayəndəsi saxlanılıb", - deyə məlumatda qeyd olunub.

Türkiyə mediası isə yazır ki, iranlıların daha bir qrupu hələ də azadlıqdadır və onların ölkədə olan israillilərə qarşı hücum təşkil edəcəyi təhlükəsi var.

"Yedioth Ahronoth" nəşri xatırladıb ki, hələ mayın 30-u İsrailin Xarici İşlər Nazirliyi İstanbulda olan İsrail vətəndaşlarına tez bir zamanda ölkəni tərk etməyi tövsiyə edib. 

Qeyd edək ki, son həftələrdə İranda pilotsuz uçuş aparatı, raket və peyklərin yaradılması, eləcə də nüvə sahəsində çalışan alimlərin və mütəxəssislərin müəmmalı şəraitdə dünyasını dəyişməsi qeydə alınıb. İran bu hadisələrin arxasında İsrail xüsusi xidmət orqanlarının əməkdaşlarının dayandığını güman edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.