Dünya

"Fransa və Çexiya Ukraynada atəşkəsin təmin edilməsinə dəstək verəcək"

8 İyun 2022 07:45
0 Şərh     Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Çexiyanın baş naziri Petr Fiala ilə görüşü zamanı Ukraynada atəşkəsə nail olmaq üçün rəsmi Kiyevə yardımı müzakirə etmək niyyətindədir.

Milli.Az "report"a istinadən xəbər verir ki, Makron bu barədə Yelisey sarayında mətbuat konfransında bildirib.

"Biz Ukraynadakı vəziyyət və Volodimir Zelenskiyə atəşkəsə nail olmaqda kömək etmək səyləri, eləcə də Ukraynanın Avropa ailəsində gələcəyi ilə bağlı fikir mübadiləsi aparacağıq", - Fransa lideri deyib.

Makron Ukraynadan olan qaçqınların qəbulunda Çexiya ilə həmrəy olduğunu qeyd edib.

O, həmçinin gələcəkdə Aİ-yə daxil olmaq istəyən ölkələr üçün daha əvvəl təklif edilən "Avropa siyasi icması"nın yaradılması ilə bağlı məsələləri Fiala ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.