Dünya

Zelenski: "Rusiya Ukrayna ərazisinin 20 faizini işğal edib"

2 İyun 2022 15:24
1 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya hazırda Ukrayna ərazisinin 20 faizini işğal edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Luksemburq parlamentində videoformatda çıxışında deyib.

O bildirib ki, hazırda cəbhə xətti 1000 kilometrdən çoxdur: "Demək olar ki, bütün Rusiya ordusuna qarşı özümüzü müdafiə etməliyik. Bu təcavüzdə Rusiyanın döyüşə hazır bütün hərbi birləşmələri iştirak edir", Ukrayna lideri deyib.

Onun sözlərinə görə, Ukraynanın şərqində hər gün 100 ukraynalı ölür, 450-500 nəfər yaralanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.