Dünya

Litvalılar “Bayraktar” almaq üçün pul toplayır

30 May 2022 09:30
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litvada ictimai xadim və jurnalist Andrius Tapinasın təşəbbüsü ilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün "Bayraktar TB2" pilotsuz təyyarəsinin alınması vəsait toplanılır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, PUA-nın alınması üçün cəmi beş milyon avro toplamaq lazımdır. Artıq üç gün ərzində üç milyon avro yığılıb.

Bunu Litvanın müdafiə naziri Arvidas Anuşauskas da təsdiqləyib.

Məbləğin əsasən kiçik ianələrdən toplanıldığı bildirilib.

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin sərəncamında olan dronların dəqiq sayı məlum deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.