Dünya

NATO Britaniyanın İsveç və Finlandiya ilə imzaladığı təhlükəsizlik sazişini alqışlayır

11 May 2022 22:35
0 Şərh     Baxış: 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO Britaniyanın İsveç və Finlandiya ilə imzaladığı təhlükəsizlik sazişini alqışlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq "Twitter"də bildirib.

Baş katib Britaniya Baş naziri Boris Consonla telefon əlaqəsi saxladığını deyib.

"Britaniya və NATO-nun yaxın tərəfdaşları olan Finlandiya və İsveç arasında qarşılıqlı təhlükəsizlik təminatlarının imzalanmasını təqdir etdiyimi bildirdim. Biz həmçinin Britaniyanın Ukraynaya verdiyi davamlı dəstəyi və Madriddə keçiriləcək NATO sammitinə hazırlıqları da müzakirə etdik", - deyə Yens Stoltenberq qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.