Dünya

Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırımı kimi tanıyıb

11 May 2022 21:41
0 Şərh     Baxış: 938
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çexiya Senatı Rusiya ordusunun Ukraynadakı hərəkətlərinin soyqırımı kimi tanınması haqqında qətnamə qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd olmasına dəstək var.

Senat Rusiyanın fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik şəkildə olan cinayətlərini pisləyib.

Bundan əvvəl Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.