Dünya

Taliban qadınlara küçədə üzlərini göstərməyi qadağan edib

8 May 2022 13:30
2 Şərh     Baxış: 1 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" hərəkatının ali lideri Heybətullah Axundzadə Əfqanıstanda qadınların üzünü örtmədən küçəyə çıxmağı qadağan edən fərman imzalayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Al Jazeera" telekanalı xəbər verib.

Fərmanda deyilib ki, qadınlara burqanın (müsəlman qadının bədəni və üzünü örtən üst paltarı) "ənənəvi və hörmətli olduğu üçün" geyinməsi məcburidir.

Qadının fərmanı pozmasına görə məsuliyyət onun atasının və ya digər yaxın kişi qohumunun üzərinə düşür: onları işdən qovulmağa və ya həbsə qədər cəza gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.