Dünya

“Rusiya-Ukrayna müharibəsi dünyaya yayıla bilər”

1 May 2022 19:27
0 Şərh     Baxış: 1 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da nəşr olunan "Foreign Policy" jurnalı ABŞ Prezidenti Co Baydenin müharibə strategiyasını qiymətləndirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məqalədə Baydenin addımlarının Ukraynadakı müharibəni qlobal müharibəyə çevirə biləcəyinə diqqət çəkilib.

"Baydenin Rusiyanı zəiflətmək strategiyası Ukrayna müharibəsini qlobal müharibəyə çevirə bilər", - Maykl Hirşin məqaləsində deyilir.

Məqalədə Baydenin əvvəlcə NATO və ABŞ-ı birbaşa münaqişəyə cəlb etməkdən ehtiyat etdiyi, lakin son vaxtlar Rusiyaya qarşı daha sərt mövqe tutduğu bildirilib.

Həmçinin yazıda Baydenin Ukraynaya dəstək verməklə "Rusiyanın təcavüzünü cəzalandırmaq və gələcək münaqişə riskini azaltmaq" məqsədi daşıdığı barədə sözləri də yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.