Dünya

Zelenski Rusiya ilə dialoqun mümkünlüyündən danışıb

4 Aprel 2022 07:09
0 Şərh     Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna digər dövlətlərdən təhlükəsizlik zəmanəti aldıqdan sonra Rusiya ilə danışıqlar masasına otura biləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu CBS telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"İndi bizi real zəmanətlər maraqlandırır. Ola bilsin ki, beş qarant ölkə, bəlkə də üç... Ukraynanı qorumaq fəaliyyətini göstərəcəklər. O zaman biz Rusiya ilə danışıqlar masası arxasına əyləşə biləcəyik və yalnız bundan sonra Rusiya ilə bu dialoqun nədən ibarət olduğu bəlli olacaq", - deyə V.Zelenski bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik təminatları Ukraynanı dəstəkləyən dövlətlər tərəfindən təmin edilməlidir. Ukraynaya qarşı təcavüz olarsa, təhlükəsizlik şərtləri "bu təminatçı dövlətlər arasında razılaşdırılmalıdır".

V.Zelenski qeyd edib ki, Ukrayna heç bir blokda olmayacaq, qeyri-nüvə, neytral statusa sahib olacaq, eyni zamanda Avropa İttifaqına üzv olacaq.

Ukrayna prezidenti vurğulayıb ki, bunlar silah, insan faktoru, sanksiyalar siyasəti və qabaqlayıcı cavabın olduğu güclü hüquqi təminatlar olmalıdır. Onun sözlərinə görə, sanksiyalar vacibdir, lakin təcavüzü dayandıra bilmir: "Əgər sabah yenidən müharibə başlasa və yalnız sanksiyalar tətbiq edilsə, deməli, bu heç nə demək deyil".

V.Zelenski qeyd edib ki, bu günə qədər Ukrayna hələ heç kimdən belə zəmanət almayıb, lakin zəmanətin olması vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.