Dünya

NATO-nun Macarıstandakı qrupuna beş ölkənin hərbçiləri daxil olacaq

25 Mart 2022 12:15
0 Şərh     Baxış: 1 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NATO-nun Macarıstandakı çoxmillətli döyüş qrupuna ABŞ, İtaliya, Türkiyə, Xorvatiya və Monteneqrodan olan əsgərlər qoşulacaq.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban NATO sammitinin yekunlarına dair açıqlamasında deyib.

Orban bildirib ki, müdafiə məqsədləri üçün Macarıstanda əlavə birliklər yerləşdiriləcək. Onlar ölkınin silahlı qüvvələri ilə birlikdə macar xalqının sülh və təhlükəsizliyinə təminat verəcəklər.

"NATO-nun ən mühüm ümumi məqsədi müharibənin Ukraynanın hüdudlarından kənara çıxmamasını təmin etməkdir", - Macarıstanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, Brüssel sammitində NATO liderləri alyansın şərq cinahını gücləndirmək üçün Ukraynanın qonşuları - Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniyada çoxmillətli döyüş qrupları yaratmaq qərarına gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.