Dünya

12 min hərbçi ölüb - 58 təyyarə, 83 helikopter, 362 tank məhv edilib - Rusiyanın itkiləri

12 Mart 2022 12:45
0 Şərh     Baxış: 1 752
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 58 təyyarə, 83 helikopter, 362 tank, 1 205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 62 reaktiv yaylım atəş sistemi, 585 avtomobil texnikası məhv edilib.

"Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir", - məlumatda vurğulanıb.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.