Dünya

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb

9 Mart 2022 12:10
0 Şərh     Baxış: 1 289
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın hərbi itkilərinin sayını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi "Facebook" səhifəsində paylaşım edib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya qüvvələrinin 317 ədəd tankı, 120 ədəd artilleriya sistemi, 1070 ədəd zirehli döyüş maşını, 482 ədəd avtomobil texnikası, 49 ədəd hərbi təyyarəsi, 81 ədəd helikopteri, 3 ədəd gəmi/kateri, 60 ədəd yanacaq çəni, 28 ədəd havadan müdafiə sistemləri, 56 ədəd reaktiv yaylım atəş sistemi məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 12 000 nəfər canlı qüvvəsinin itirdiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.