Dünya

Kreml Rusiya-Ukrayna danışıqlarının vaxtını açıqlayıb

2 Mart 2022 14:30
0 Şərh     Baxış: 1 526
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya nümayəndə heyəti bu gün axşama yaxın danışıqların keçiriləcəyi yerdə Ukrayna nümayəndə heyətini gözləyəcək. Ümid edirik ki, onlar gələcəklər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

Peskov Rusiya nümayəndə heyətinə Vladimir Medinskinin rəhbərlik edəcəyini təsdiqləyib və danışıqların nəticəsi barədə proqnoz verə bilməyəcəklərini əlavə edib.

O, Qərbin sanksiyaları ilə bağlı Rusiya iqtisadiyyatının ciddi zərbə aldığını, lakin ayaq üstə qala biləcəyini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.