Dünya

Ərəb Dövlətləri Liqasının sammitinin keçiriləcəyi vaxt açıqlandı

16 Fevral 2022 08:54
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ərəb Dövlətləri Liqasının qarşıdan gələn sammiti 2022-ci ilin son rübündə Əlcəzairdə keçiriləcək.

Trend-in "Algeria Press Service"ə istinadən verdiyi görə, bunu Əlcəzairin prezidenti Əbdülməcid Tebbun deyib.

O, Ərəb Dövlətləri Liqasının növbəti sammitinin təşkili ilə bağlı ərəb liderləri arasında hər hansı fikir ayrılığının olduğunu təkzib edib.

"Heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz yalnız bu sammitin Əlcəzairdə keçirilməsi üzrə Körfəz ölkələri, Misir, Tunis və Yəmən liderlərinin razılığını aldıq. Biz daha çox ölkələri mümkün qədər birləşdirməyə çalışırıq", - deyə Ə.Tebbun bildirib.

Qeyd edək ki, sonuncu dəfə Əlcəzair Ərəb Dövlətləri Liqasının sammitinə 2005-ci ildə ev sahibliyi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.