Dünya

Putin və Zelenski ilə görüşdən sonra Makrondan - Açıqlama

8 Fevral 2022 22:14
0 Şərh     Baxış: 1 029
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlardan sonra deyib ki, Paris yaxın həftələrdə Ukrayna ətrafında vəziyyəti sabitləşdirməyi hədəfləyir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bundan əvvəl Makron bildirib ki, Rusiya və Ukrayna liderləri ilə görüşləri zamanı o, hər iki dövlətin Minsk razılaşmalarına sadiqliyinə dair təminat alıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynada vəziyyətin gərginləşməsinə səbəb olmayacağına söz verib. Makron həmçinin vurğulayıb ki, iki ölkə başçıları ilə aparılan danışıqlar regionda təhlükəsizliyin təmin edilməsində irəliləyişə nail olmağa imkan verib.

Qeyd edək ki, Makron Vladimir Putinlə fevralın 7-də, Zelenski ilə isə fevralın 8-də görüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.