Dünya

Ukraynalı general: Orduda sursat çatışmır

7 Fevral 2022 12:48
0 Şərh     Baxış: 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna ordusu gülləkeçirməz jiletlər, dəbilqələr, yanacaq və bir çox sursatların ciddi çatışmazlığı ilə üzləşib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin general-polkovniki İqor Kolesnik "Apostrof" kanalının efirində deyib.

"Bilirik ki, yanacaq-sürtkü materialları stratejidir və praktiki olaraq operativ ehtiyat yoxdur. Bəzi döyüş sursatları üçün ehtiyatlar çatışmır", - hərbçi bildirib.

O əlavə edib ki, bu problemin həllində, eləcə də sursat çatışmazlığının aradan qaldırılmasında Qərbin köməyinə ümid edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.