Hava

Avqustun 22-nə olan hava proqnozu

22 Avqust 2011 02:00
Baxış: 7 587
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Temperatur gecə 20-24°, gündüz 29-32° isti olacaq. 
Bakıda gecə 22-24°, gündüz 30-32° isti təşkil edəcək. 
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununadək yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 55-60 faiz olacaq. 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək. 

Naxçıvan Muxtar Respublikasında gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 
Temperatur gecə 17-22°, gündüz 29-34° isti olacaq. 

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy
rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 
Temperatur gecə 11-16°, gündüz 19-24° isti olacaq. 

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. 
Temperatur gecə 18-23°, gündüz 27-32° isti olacaq. 

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 
Temperatur gecə 17-22° , gündüz 25-30° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. 
Temperatur gecə 20-25° , gündüz 29-34° isti təşkil edəcək. 

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. 
Temperatur gecə 20-24° , gündüz 28-33° , dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaqdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.