Hava

Bu rayona 17 sm qar yağdı

23 Oktyabr 2024 10:08
Baxış: 2 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün saat 9:00-a olan məlumata görə, hazırda Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. 

O bildirib ki, düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlıda 40 mm təşkil edir. Yağan qar nəticəsində əmələ gələn qar örtüyünün hündürlüyü Lerikdə 17 sm olub.

"Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir", - G. Məmmədova qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.