Bəzi çaylardan sel keçib, dağlıq ərazilərə qar yağıb.
Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 15-i saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. 3000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərə qar yağıb. SEO Xidməti
Düşən yağıntının miqdarı Kürdəmirdə 28 mm, Qobustanda 27 mm, Şəkidə 14 mm, Oğuzda 12 mm, Qrızda 11 mm, Beyləqanda 7 mm, Şahdağda 5 mm, Quba, Qusar, Qrız, Qəbələ, Xaltan, Sabirabad, Balakəndə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Yağan leysan xarakterli intensiv yağışlarla əlaqədar iyunun 14-ü axşam Şabran rayonu ərazisindən axan Gilgilçay-Şabran, İsmayıllı rayonu ərazisindən axan Göyçay-Buynuz, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Qobustan rayonu ərazisindən axan Pirsaatçay-Poladlı məntəqələrindən sel keçib.
Qrız, Lerik, Şabranda duman muşahidə olunub.
İyunun 14-ü şərq küləyi arabir Naftalanda 20 m/s, Sabirabadda 17 m/s, Şəkidə 15 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 36, Aran rayonlarında 36, dağlıq rayonlarda 25, yüksək dağlıq ərazilərdə 11 dərəcəyədək isti olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun