Hava

Yağışlı hava nə vaxtadək davam edəcək? - Açıqlama

17 May 2024 09:44
Baxış: 2 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti mayın 18-i axşamadək davam edəcək.

Milli.Az xəbər verir ki, bunu Oxu.az-a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O qeyd edib ki, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

"Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Gözlənilən leysan xarakterli yağışlarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi gözlənilir.

Mayın 18-i axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında mayın 18-i gündüz saatlarında bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək", - deyə G.Məmmədova bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.