Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ: Maksimum dərəcədə...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraitinin fəsadlarından qorunmaq olduqca vacibdir və vətəndaşlarımızı bir daha maksimum dərəcədə diqqətli olmağa çağırırıq.
Milli.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
"Bu gün əsən güclü küləyin təsirindən təəssüf ki, 3 nəfər müxtəlif şəraitdə xəsarət alıb. Bu xəbər, vətəndaşlarımıza güclü küləkli hava şəraiti barədə daha bir xatırlatma etməyimizə əsas yaratdı:
"Hava haqqında verilən xəbərdarlıq xarakterli məlumatlarda əhaliyə tövsiyələr çatdırılsa da, bir daha riayət olunmalı mühüm təhlükəsizlik tədbirlərini xatırladırıq.
İlk növbədə, uşaqları küləkli havada nəzarətsiz buraxmaq qəti tövsiyə olunmur.
Nəqliyyat vasitələrini iri gövdəli ağacların altında saxlamayın.
Güclü külək hətta sağlam, irigövdəli ağacların aşmasına, budaqlarının sınmasına səbəb ola bilər.
Bəli, Bakı küləklər şəhəridir, küləkli hava şəraitinə bir növ adət etmişik. Amma belə güclü külək şəraitində insanların sağlamlığına və əmlakına zərər dəyməsi ehtimalı var. Məhz bu səbəbdən, güclü külək zamanı öncədən xəbərdarlıqlar verilir, əhaliyə diqqətli olmağa çağırışlar edilir.
Odur ki, özünüzü qoruyun, güclü külək zamanı küçədə tikinti işləri gedən obyektlərin, reklam lövhələrinin, hündür ağacların, elektrik dirəkləri və naqillərinin altında dayanmayın, piyada uzun yol qət etməyin. Təhlükələrdən qorunmaq üçün ehtiyatlı olub, qabaqlayıcı təhlükəsizlik tədbirlərinə əməl etmək olduqca vacibdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)





